Bakı Apelyasiya Məhkəməsində “Sepah” və “Hizbullah”dan sifariş alan İran vətəndaşı Bəhrəm Feyzinin cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com-un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. Məhkəmə baxışı aprelin 25-nə təyin olunub.
Bəhram Feyzi Cinayət Məcəlləsinin 276-cı (casusluq), 214-cü (terrorçuluq), 206-cı (qaçaqmalçılıq) və 234-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasi-tələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddələri ilə ittiham edilr.
İranın Xüsusi Xidmət orqanının (ETTELAAT) əməkdaşı olan Bəhram Feyzi İsrailin Azərbaycandakı səfirliyini partlatmağa hazırlaşırmış. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları B.Feyzini 2013-cü il martın 29-da həbs ediblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhram Feyzi 15 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov