16 Aprel 2016 18:55
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda oğurluq avtomobillə qəza törədilib.

Teleqraf.com xəbər verir ki, aprelin 15-də rayon sakini Nazim Xürrəminecata məxsus “VAZ-2103” markalı avtomobil qaçırılıb.

Nazim Xürrəminecat avtomobilinin oğurlanması ilə bağlı Quba Rayon Polis Şöbəsinə müraciət edib. Polis əməkdaşları tərəfindən avtomobilin rayon sakini Murad Bağırov tərəfindən qaçırılması müəyyən edilib. Murad Bağırov rayonun mərkəzində qaçırdığı avtomobili yolun kənarında dayanmış Rabil Şərifova məxsus “KamAZ” markalı avtomobilə vurub.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Murad Bağırov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: