Aprelin 24-də səhər saatlarında Bakının Yasamal rayonu İnşaatçılar prospekti 100 ünvanında - “Xalq bank”ın baş ofisinin yaxınlığında partlayış olub.
Yasamal rayon Polis İdarəsindən ANS-ə bildiriblər ki, partlayış avtomobil qarajlarından birində baş verib. Xəsarət alan yoxdur. Ancaq yaxınlıqdakı digər qarajlara və ərazidəki bəzi avtomobillərə ciddi ziyan dəyib.
Hadisəyə ilkin ehtimal kimi qaz sızması göstərilir.
Hüquq-mühafizə orqanları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazini nəzarətə götürüb. Hadisə yerindəaraşdırma aparılır.