Daşkəsən rayon sakini bıçaqlanıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Daşkəsən rayon sakini, 1967-ci il təvllüdlü Məhət Abdullayev qarnın kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. M. Abdullayevin hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfinfən araşdırma aparılır.