Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən 1983-cü il təvəllüdlü Ceyhun Fərəcullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, transseksual olan Ceyhun Fərəcullayev kişi müştərisi ilə evə gəlib. Zərərçəkən onun qadın olmadığını evdə olan zaman bilib və ondan imtina edib.
Bundan sonra Ceyhun Fərəcullayev zərərçəkmişi bıçaqla təhdid edərək telefonunu, 500 manata yaxın pulunu alıb. Hadisədən sonra zərərçəkmiş polisə şikayət ərizəsi ilə müraciət edib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyhun Fərəcullayev saxlanılıb.
Ceyhun Fərəcullayev Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham edilib. Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ceyhun Fərəcullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov