29 Aprel 2016 21:53
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda vətəndaşların məcburi əməyə cəlb edilməsi faktl aşkar olunub.

Teleqraf.com xəbər verir ki, bununla bağlı əməliyyatı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları keçirib.

İdarə tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1947-ci il təvəllüdlü Tofiq Rzayev yaxalanıb. Onun bir qrup şəxslə cinayət əlaqəsinə girərək Xəzər rayonunda yerləşən özünəməxsus heyvandarlıq sahəsində Azərbaycan Respublikası vətəndaşlarını məcburi əməyə məruz qoyması faktı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər