Salyan rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun mərkəzində, Cəfər Cabbarlı küçəsində qeydə alınıb.
Rayon sakini, 1992-ci il təvəllüdlü Ceyhun Bağırov yaşadığı evin həyətində yarımçıq tikilidə özünü asaraq öldürüb. Ceyhun Bağırovun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov