Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İntepol xətti ilə saxlanılınan Türkiyə vətəndaşı Kadir Barmaksız Mehmet oğlunun Bolqarıstana ekstradisiya edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Məhkəmə Kadir Barmaksızın Bolqarıstana ekstradisiya edilməsi barədə qərar qəbul edib.
Kadir Barmaksız Mehmet oğlu Bolqarıstan gömrüyünə qaçamaqmalçılıqla külli miqdarda tütün keçirməkdə təqsirli bilinib. Onun saxlanılması mümkün olmayıb. Bolqarıstan Kadir Barmaksızı interpol xətti ilə axtarışa verib. Kadir Barmaksız bu il Azərbaycanda saxlanılıb.
Hacı Zeynalov