25 May 2016 18:11
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Nəsimi rayon Məhkəməsində telejurnalist Qulu Məhərrəmlinin İTV-nin əməkdaşı Rauf Rəcəbova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, məhkəmə işi icraata qəbul etməyib. Hakim bildirib ki, iddia əsassız olduğu üçün icraata qəbul edilmir.

Qeyd edək ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (ASC) sədri Arif Alışanov Qulu Məhərrəmliyə qarşı məhkəməyə xüsusi ittiham qaydasında şikayət verib. Həmin şikayətə Yasamal Rayon Məhkəməsində baxılır.

Arif Alışanov və Qulu Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb.

Bu müsahibədən sonra isə jurnalistlər İlhamə Novruzova və Rauf Rəcəbov mətbuatda Qulu Məhərrəmli barəsində tənqidi yazılarla çıxış ediblər.

Qulu Məhərrəmli hər iki jurnalistin barəsində Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət işinin başlanmasını istəyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər