Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov, onunla birlikdə həbs edilən İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keeşirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə prosesdə prokuror ittiham aktını elan edib. Rəşad Məmmədov və İsfəndiyar İsfəndiyarov elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər.
Arzu Məmmədov isə özünü təqsirli bilib.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi Rəşad Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov ötən ilin may ayında həbs ediliblər.
Dələduzluqda təqsirləndirilən şəxslər barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.
Bu il martın 4-də Səbail rayon məhkəməsi Arzu Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişdirib və o, ev dustaqlığına buraxılıb.
Hacı Zeynalov