7 İyun 2016 13:33
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə və ölümə suI-qəsddə ittiham olunan Bakı şəhər sakinləri, 1996-cı il təvəllüdlü Hacıbağır Bağırov, onun atası Ehtiqam Bağırov və 1994-cü il təvəllüdlü Rüstəm Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi ötən ilin may ayında Suraxanı rayonunun Zığ qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakinləri Hacıbağır Bağırov, atası Ehtiram Bağırov və qonşusu Rüstəm Qurbanov münaqişə zəminində qonşuları Ənnağı Baxışovu və qardaşı Zaur Baxışovu bıçaqlayıblar. Ə. Baxışov xəstəxanaya aparılarkən yolda keçinib. Hadisəni törətməkdə şübhəli bilinən hər üç şəxs saxlanılıb.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Hacıbağır bağırov 18 il 6 ay, Rüstəm Qurbanov isə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Ehtiqam Bağırov isə şərti cəza alıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər