14 İyul 2016 11:36
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Bələdiyyə Teatrının aktrisası, əməkdar artist Hüsniyyə Mürvətova əsəbiləşib.

Aktrisa Teleqraf.com-a açıqlamasında Bakı Bələdiyyə Teatrının kollektivinin bina ilə bağlı sıxıntılar yaşadığını deyib: “Bina sarıdan çox acınacaqlı vəziyyətdəyik. Teatrın binası yoxdur. Biz neçə illərdir “nə vaxtsa binamız” olacaq deyə ümid edirik. Amma illər gedir və hələ də ortada nəticə yoxdur. Bu yaradıcılıq üçün heç ürəkaçan vəziyyət deyil. İnanın ki, hər tamaşa hazırlayanda necə əziyyətlərlə qarşılaşırıq. Amma bütün bu çətinliklərə rəğmən hər kəsin ürəyində ümid, həvəs var və o ölmür.

Teatrımızın direktoru Amaliya xanım hər tamaşa üçün digər teatrların səhnələrini kirayələyir. Bizim öz binamız olmalıdır, çünki çox mükəmməl aktyor ansamblımız var. Amaliya xanımı çox sevirik, sevinirik ki, onun rəhbərliyi altında işləyirik. Amma çox istəyirik ki, bizim binamız olsun. Bu olmalıdır. Başqa cür mümkün deyil. Çünki çox əziyyət çəkirik”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər