“Mahmud baba” filminin çəkilişləri davam edir.
Teleqraf.com xəbər verir ki, hazırda çəkilişlər Bakıda aparılır.
Komediya janrında olan filmin rejissoru Samir Kərimoğludur. Rejissor daha öncə “Azərbaycanfilm”in istehsalı olan “Niyyət”, “Mən evə qayıdıram”, “Sirat körpüsü”, “Xoxan”, “Şər qarışanda” kimi kommersiya filmlərinə quruluş verib.
“Mahmud baba”nın senari müəllifi Rəşad Süleyman, quruluşçu operatoru Nadir Mehdiyevdir.
Rolları Fəqan Məmmədov, Mələk Kazımova, Aygün Türkmənova, Cövdət Şükürov, Murad Abdullayev və başqaları ifa edirlər.
Ekran əsərinin çəkilişləri Bakıdan başqa Şamaxı və Quba rayonlarında aparılıb.
Nərmin