Tanınmış xanəndə, əməkdar artist Fərqanə Qasımova Amerikaya gedir.
Bu məlumatı Teleqraf.com-a xanəndənin özü verib.
O, səfərə Alim Qasımovla birgə çıxacaq: “Sentyabr ayında Alim Qasımovla birgə Amerikaya yola düşürük. Məşhur Yo-Yo-Ma orkestrinin üzvləri kimi orda bir aylıq turumuz olacaq. Bizim Amerikada əsas layihəmiz dahi bəstəkarımız Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operası ilə bağlıdır. Biz 3 saatlıq operanı 1 saat ərzində oturaqlı vəziyyətdə oxuyuruq.
İki il bu layihəni gerçəkləşdirə bilmədik. Amma bu ilin əvvəlində layihəni yenidən davam etdirməklə bağlı təklif aldıq”.
Nərmin