Prezident İlham Əliyev Ramiz Abutalıbovun prezident təqaüdünə layiq görülməsi ilə bağlı sərəncan imzalayıb. Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan mədəniyyətinin tədqiqi və təbliğində xidmətlərinə görə Ramiz Abutalıb oğlu Abutalıbova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 oktyabr 2016-cı il.
Dövlət başçısının digər sərəncamı ilə Nurəddin Əzulla oğlu Quliyevə N.Ə.Quliyevə Azərbaycan teatrının inkişafında xidmətlərinə görə Nurəddin Əzulla oğlu Quliyevə Azərbaycan prezidentinin fərdi təqaüdü təyin edilib.