3 Fevral 2017 22:39
1 599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Musiqili Teatrın Baladadaşı Əmrah Dadaşov “İlin aktyoru” seçildi. Bunu Teleqraf.com-a açıqlamasında Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib.

Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyi 2 Fevral Gənclər Günü münasibətilə 2016-cı ildə fəaliyyəti ilə fərqlənmiş, uğur qazanmış gənclər arasında Əmrah Dadaşov da yer alıb. O bu mükafata Xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında səhnələşdirilmiş “Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyasında baş qəhrəmanı – Baladadaşı canlandırdığına görə layiq görülüb.

"Baladadaş rolu mənim həyatımda dönüş nöqtəsi olmaqla yanaşı, həm də çox düşərli oldu" deyən Əmrah Dadaşov özünü çox xoşbəxt hiss etdiyini deyib: "Düşünürəm ki, bu mükafat təkcə mənə yox, mənim simamda həm də teatrımızın gənclərinə, bizə bu işdə dəstək olan insanlara verilib. Sənətdə ilk addımımı Baladadaş obrazı ilə atdım. Musiqili Teatrın direktoru Əliqismət Lalayevə təşəkkür edirəm ki, hələ tələbə ikən bu obrazı mənə etibar etməklə böyük etimad göstərdi. Çalışacam ki, bundan sonra uğurlarım daha da çox olsun”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər