“Çəkilişlərimiz çox az büdcə ilə, beş günə çəkilib. Aktyorlarımızın heç birinə qonorar verilməyib”.
Teleqraf.com-un məlumatına görə, bu sözləri “Ər quyusu” filminin rejissoru Səidə Haqverdiyeva deyib.
Rejissor bildirib ki, 90-cı illərin həyat tərzi və münasibətlərinin qabardıldığı filmdə əsas motiv kimi qızların ərə getməməsi və ailələrdə sırf bu səbəbdən qabaran mənəvi-psixoloji problemlər ön plana çəkilib və sarkazmla göstərilib:
“Bu mənim ilk filmimdir. “Ər quyusu”nu komediya yox, tragikomediya adlandırardım. Filmin çəkilişləri vaxtı quruluşçu operatorla iki gün küsülü olmuşam. Filmdəki qüsurlar o iki günə təsadüf edir. Söz verirəm ki, gələcəkdə film çəkməyə imkanım olsa belə səhvlərə yol verməyəcəm”.
Filmdə əməkdar artistlər Sevinc Sarıyeva, Aybəniz Bağırova, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Cavid Telman, Rəsmiyyə Nurməmmədova, Könül Şahbazova, Elnur Əliyev, Elxan İsmayılov, Zemfira Əbdülsəmədova, Hüsniyyə Əhmədova, Vüsal Hüseynov və Gülnarə Abdullayeva ifa edirlər.
Nərmin