Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı Teleqraf.com-a müsahibə verib.
Müsahibəni təqdim edirik:
- Xoşqədəm xanım Novruz bayramını Türkiyədə, yoxsa Bakıda qeyd edəcəksiniz?
- Ailəm ilə birlikdə Bakıda keçirəcəyik. Uşaqlar Türkiyədən dünən gəliblər. Onlar üçün darıxmışdım.Türkiyəyə geri qayıdacaqdılar, xəstələndiklərinə görə burada qaldılar. Doğuş da martın 25-də Türkiyədə konserti olmasına baxmayaraq, Bakıya gəlib.
- Əkiz ana olmağın çətinlikləri nələrdir?
- Çox gərgindir. Övladlarım 11 aylıqdırlar və artıq bir-birini qısqanırlar. Oyuncaq üstündə davadır(gülür). Biri çox sakit, biri isə dəcəldir.
- Əkizlər xaraktercə sizə, yoxsa Doğuş bəyə oxşayırlar?
- İkisi də sarışın, yaşıl gözlü və gözəldirlər. Düzü, biz sarışın olacaqlarını gözləmirdik. Düşünürdük ki, qara gözlü olarlar. Böyük oğlumun gözləri qaradır. Biri Doğuşa, biri isə mənə bənzəyir.
- Daha çox Arını yoxsa Ardanı sevirsiniz?
- Mən Arını daha çox sevirəm. Çünki o 10 gün küvesdə qaldı. Həyatda qalma mübarizəsi apardı və bacardı. Hətta dörd ay Arının daha çox ana südüylə qidalanmasına çalışdım. Hər kəs deyirdi ki, övladlarınızı necə ayırırsınız? Cavab verirdim ki, iki uşağa ana südü vermək çətindir.
- Doğuş bəy əkizləri səhv salır?
- Xeyr, çünki onlar fərqlidirlər, bir-birinə bənzəmirlər.
- Hər zaman formadasınız. Buna səbəb idmandır?
- Hazırda gündəlik efir və uşaqlara görə idmana gedə bilmirəm. Yeməyimə diqqət edirəm. Beş kilo artıq çəkim var. Hazırda onunla mübarizə aparıram. Su çox qəbul edirəm.
- Verilişiniz daim gündəmdədir və reytinqlidir. Bunu necə qoruyursunuz?
- Verilişimin reytinqini çətinlik və yuxusuz gecələrimlə qoruyuram. Rahatlıq yoxdur, şəxsi həyatımda bəzi məqamlardan imtina etmək, həyat yoldaşımdan, uşaqlarımdan uzaqda qalmaq və s. İtirdiklərimlə yanaşı qazandıqlarım da var. Uşaqlarım 11 aya keçdilər, amma bu prosesin necə keçməsindən xəbərim yoxdur. İnanırsınız ki, övladlarımın şəkilləri yoxdur. Hər dəfə stilist Elnur Həsənov deyir ki, əkizləri nə zaman fotosessiya etdirəcəksiniz?
- Hərdən verilişinizlə bağlı qalmaqallı fikirlər olur. Buna münasinətiniz necədir?
- İş olan yerdə danışarlar. Mən sevinirəm ki, verilişimi izləyirlər və haqqımda danışırlar.
Rəqsanə