20 Aprel 2017 22:11
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Film Türkiyə və Azərbaycandan olan iki ailədən bəhs edir

Türkiyə istehsalı olan "Yanlış anlama" filminin yaradıcı heyəti Bakıya gəlib.

Teleqraf.com xəbər verir ki, "Yanlış anlama" filminin çəkilişləri Bakıda davam edir. Ekran əsərinin çəkilişləri bu gün İçəri Şəhərdə olub. Filmdə türk aktyorları Şevket Çoruh, Bahadır Efe, Duygu Karaca, Pelin Sönməz ilə yanaşı azərbaycanlı aktyorlar İslam Mehrəliyev, Fərda Xudaverdiyev, Pərvin Abıyeva çəkilir.

Qeyd edək ki, film Türkiyə və Azərbaycandan olan iki ailədən bəhs edir.

Rəqsanə


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər