- Ən son oxuduğunuz kitab?
- Hazırda Qreqori David Robertsin “Şantaram" kitabını oxuyuram. Mənimçün yazıçı daha önəmlidir. Daha çox həyatı əks etdirən kitablar oxumağa üstünlük verirəm. Özümə söz vermişəm ki, daha ağır kitablar oxumayım. Əfqan əsilli amerikalı yazıçı Xalid Hüseynin kitablarını oxumağa son qoydum. Çünki aylarla özümə gələ bilmirəm.
Kitabdakı hadisələr, bilirəm ki, Əfqanistanda baş verən həqiqətləri göstərir. Onun “Çərpələng uçuran” əsərini oxuyanda bir ay təsirindən çıxa bilmədim. Uşaqlıqdan kitabların təsirinə düşürəm. İnsanların qəddarlığını qəbul edə bilmirəm.
- Ən son izlədiyiniz film?
- Sonuncu dəfə televiziyada “Küləklə sovrulanlar” (“Gone With the Wind”) filmini izləmişəm. Hansısa filmi izləmək istəyəndə öncə rejissoru ilə maraqlanıram. Mənim üçün aktyor yox, rejissor vacibdir. Yəni filmin hansı səviyyədə çəkildiyini rejissorla müəyənləşdirirəm. Komediya janrında çəkilən filmləri isə sevmirəm.
- Ən son dinlədiyiniz musiqi?
- Ötən gecə “Make It Rain” mahnısını dinləmişəm.
Rəqsanə