Yaxında öləcəyinizi bilsəydiniz:
- …nə düşünərdiniz?
- Mən yaşadığım hər günü zatən “bir gün öləcəyəm” deyib yaşayıram. Bilmirəm nədən?.. Amma övladlarıma və ailəmin sonrakı vəziyyətinə görə pis olardım. Belə də ki, yuxu ölümün kiçik qardaşıdır. Biz hər gün bir az ölürük.
- … hansı yeməkdən yeyib hansı içkini içərdiniz?
- Anamın bişirdiyi kartof qızartması, yoldaşımın bişirdiyi plovdan yeyərdim övladlarımla bir yerdə… Üstündən də şərbət içərdim.
- …kiminlə görüşmək istəyərdiniz?
- Ailəmdən başqa heç kimlə…
- …son kəs kimi öpərdiniz?
- Balalarımı…
- …ən dəyərli əşyanızı kimə verib gedərdiniz?
- Oğlum Tamerlana.
- …nəyi ölümlə dəyişərdiz?
- Dəyişə biləcəyim heç nəyim yoxdur. Sevdiyim aktyor sənəti və uzun illər yaşadığım kirayə mənzildən başqa. Məncə bunları da ölümlə dəyişmək istəyən də dəyişməz. (gülür)
- …son dəqiqələrinizi necə keçirtmək istəyərdiniz?
- Övladlarımı başıma yığıb hər gecə oxuduğum nağıl kitablarından birini oxuyardım.
- o biri dünyada kimi görmək istəyərdiniz?
- O biri dünyada ilk növbədə atamı görərdim, ona deyəcək çox sözlərim var. Bir də heç vaxt görmədiyim babalarımı görmək istəyərdim.
- kimi özünüzlə aparmaq istəyərdiz?
- Olar heç olmasa ora tək gedim? (gülür)
- Son 3 kəlməniz nə olardı?
- Xoşbəxt olun, balalarım…