Teleaparıcı Azər Zahidin təqdimatında ATV və Amedia Qrupun birgə layihəsi olan “Top ulduzlar” realiti şousunun çəkilişləri davam edir.
Teleqraf.com xəbər verir ki, Şamaxıda reallaşan şou sentyabr ayında efirdə olacaq.
32 nəfərin yarışacağı şouda hərəsi 2 nəfərdən ibarət olan 16 komanda yarışır.
Qeyd edək ki, realiti şou qapalı stadionda keçirilən urban futbol oyunu üzərində qurulub. Hər gün 4 komandanın oyunu, yəni 2 matç keçirilir. Bir komanda rəqib bildiyi digər komanda ilə görüşür. Hər gün bir uduzan komanda şounu tərk edəcək. Ən sonda 1 cütlük qalib olacaq. Qalibi dəyərli hədiyyələr gözləyir.
Teleqraf.com "Top ulduzlar" layihəsinin informasiya dəstəkçisidir.
“Top ulduzlar”ın çəkiliş məkanından fotoları təqdim edirik.