25 Sentyabr 2017 11:41
1 536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Cabir Abdullayev yenidən Azərbaycan Milli Konservatoriyasındakı işinə qayıdıb.

İşinə bərpa olunan xanəndə Publika.az-a açıqlama verərək məsələnin doğruluğunu təsdiqləyib: "Məktəbdə dərs bölgüləri çatışmırdı. Ona görə narazlıq var idi. Sağ olsun müəllim yoldaşlarım. Onlar qərar verdilər ki, mən işimə davam edim. Birinə həftəlik 10 dərs saatı düşürdüsə, hərəsi öz dərs saatlarından azaldaraq, yenidən müəllimliyimin bərpa olunmasına yardım etdilər".

Sənətçi onun işdən çıxma xəbərini geniş şəkildə yayan və ona dəstək olan media nümayəndələrinə də təşəkkür edib: "Bütün media işçilərinə minnətdarlıq bildirirəm. Xalqımızın sənətkarlarına qiymət verib, dəstək olursunuz. Burada düzgünlük gördüm. Media bir dənə də olsun, yalan məlumat yazmadı. Ailəmiz adından hər birinizə təşəkkür edirik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər