Türkiyənin pop-starı Hadisə Yeni il bayramını fransız modeli olan sevgilisi Aurelien Mellerlə Parisdə keçirəcək.
Teleqraf.com xəbər verir ki, Hadisə bayramı sevgilisi ilə qeyd etmək üçün 1 milyon türk lirəsindən imtina edib.
Müğənni Yeni ildə səhnəyə çıxmaq üçün Azərbaycandan aldığı dəvətə yox deyib. Əvəzində sevgilisinin “sənə Parisdə unuda bilməyəcəyin bir ovqat yaşadacağam” təklifini qəbul edib.