Moskva məhkəməsi rusiyalı tanınmış aktyor Muxtar Hüseynhacıyev barəsində qərarını açıqlayıb.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, qərara əsasən, 51 yaşlı aktyor 22 il müddətinə azadlıqdan məhrum edilib və pedofiliyadan müalicəyə göndərilib.
O, tanışının 10 yaşlı qızına təcavüzdə təqsirli bilinib.
Qeyd edək ki, aktyor 2015-ci il sentyabrın 17-də polis tərəfindən saxlanılıb.
Muxtar Hüseynhacıyev 35 film və serialda çəkilib. Onların arasında "Sonuncu mogikan", "Kulagin və tərəfdaşları", "Karpov", "Əziz Maşa Berezina" kimi filmlər də var.