20 İyun 2018 09:44
3 576
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlin ən gözlənilən, absurd və sürpriz komediyasının çəkilişləri sona çatıb. Yaratdığı obrazı sevdirməyi bacaran aktyor Elşən Orucovun təqdimatında “Fəlakət” kinokomediyası tamaşaçılara təqdim olunacaq.

Teleqraf.com xəbər verir ki, kinokomediyanın çəkilişləri 2018-ci ilin mart-aprel aylarında aparılıb.

Bu dəfə tamaşaçılar Fəlakətin yanında ənənəvi dostlarını görməyəcək. Çünki Fəlakət onları hələ tanımır. O, gözəl, rəngarəng və maraqlı qonşularının ətrafında, sevimli məhəlləsində sakit həyat tərzi sürür. Lakin bir gün bu məhəlləni bir iş adamı sökmək istəyir, Fəlakət isə bu məsələyə birmənalı olaraq razı deyil.

Fəlakətin sevimli məhəlləsində başına gələn gülməli hadisələrin gedişatını tamaşaçılar kinoteatrlarda yalnız 2018-ci ilin payızında görə biləcəklər.

Filmi ərsəyə gətirmiş ARTFİLMBAKU şirkətinin rəsmisi filmin hələ montaj-səsləndirmə prossesində olduğunu bildirib.

Filmin quruluşçu rejissoru Emil Quliyev, quruluşçu operatoru Orxan Abbasov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı və kreativ prodüseri Azər Aydəmir, ikinci rejissoru Çingiz Həsənov, baş prodüsseri isə Məmməd Məmmədovdur.

Rollarda Elşən Orucov, Azər Aydəmir, Orxan Ata, Solmaz Süleymanlı, Tural Əzizov, Nofəl Şahlaroğlu, Ülvi Həsənli, Taleh Yüzbəyov, Ləman Mərrih, İqrar Salamov, Nahid Kərimli, Zaur Baliyev, Nəsibə Eldarova çəkiliblər.


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər