11 Noyabr 2018 01:32
1 492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 8-də dünyasını dəyişən Xalq artisti Amaliya Pənahovanın bir neçə il əvvəl çəkildiyi "Gülüm" filminin kadrları yayımlanıb.

Teleqraf.com Baku.ws-ə istinadla xəbər verir ki, ekran işinin rejissoru Sərxan Kərəmoğlu açıqlamasında bildirib ki, film 2015-ci ildə çəkilib, lakin heç yerdə nümayiş olunmayıb. Rejissor filmi yaxın zamanda tamaşaçılara təqdim etməyi planlaşdırır.

Mərhum aktrisa ekran işində həyat yoldaşı və oğul itkisi yaşamış qadın obrazını canlandırır.

Qeyd edək ki, xalq artisti Amaliya Pənahovanın son rolu isə rejissor Aqil M.Quliyevin "Şaman" filmində olub.





Müəllif: Teleqraf.com