17 Sentyabr 2019 13:07
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin ən böyük mədəniyyət portallarından olan Kulis.az sentyabrın 16-dan oktyabrın 10-dək “Bir şeir” adlı müsabiqə elan edir.

Teleqraf.com xəbər verir ki, müsabiqənin şərtlərinə görə, 35 yaşa qədər olan hər müəllif bir şeir, özü haqqında qısa məlumat və bir fotoşəkil kulis@Lent.az ünvanına göndərməlidir.

Ekspertlər qrupu göndərilən şeirlərin uzun siyahısını çıxarıb peşəkar münsiflər heyətinə təqdim edəcək. Münsiflər heyəti üç ən yaxşı şeiri seçərək 10 ballıq sistemlə dəyərləndirəcək.

Şeirlər vörd faylında səliqəli şəkildə göndərilməlidir.

Qaydalara uyğun gələn şeirlər Kulis.az saytında və saytın Facebook səhifəsində yayımlanacaq.

Mükafat fondu aşağıdakı kimidir:

Birinci yer: 500 manat
İkinci yer: 300 manat
Üçüncü yer: 200 manat

Qalib olmuş müəlliflərə saytın loqosu və mükafatın adı həkk olunmuş xüsusi suvenir də hədiyyə olunacaq.

Mükafatlandırma mərasimi 18 oktyabr - Müstəqillik Günü ərəfəsində keçiriləcək.


Müəllif: Teleqraf.com