Noyabrın 25-də Nyuyorkda 47-ci Beynəlxalq Emmy mükafatları təqdim olunub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyəli aktyor Haluk Bilginer ən yaxşı kişi aktyor nominasiyasında mükafat alıb.
O, "Şahsiyet" serialında yaratdığı obraza ( Agah Beyoğlu) görə mükafatlandırılıb.
Gecəyə serialın rejissoru Onur Saylak, ssenari müəllifi Hakan Gündayla qatılan aktyor, çıxışına türkcə - “Merhaba” deyərək başlayıb.
Bilginer qazandığı mükafatı qızı Nazlı Bilginer adına və bir gün onun da aktyorluğu seçmək ümidi ilə almaq istədiyini bildirib.
Haluik Bilginer 21 ölkədən 11 kateqoriya üzrə 44 namizədin adı olan siyahıda ən yaxşı kişi rolunun ifaçısı seçilib.
Xatırladaq ki, “Şahsiyet” serialı 2018-ci ildə yayınlanıb.