26 Sentyabr 2014 18:12
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Naibə Allahverdiyeva indi dövrdə aktyor sənətinin çətinliklərindən yazıb.

Teleqraf.com-un məlumatına görə, o bu barədə öz “Facebook” səhifəsində yazıb:

“Aktyor sənəti asılı sənətdir. Çox zaman tamaşaçılar sual verəndə ki, niyə görünmürsünüz, niyə yoxsunuz insan bilmir nə cavab versin. Deyə bilmirsən ki, axı indiki çəkilən seriallar, filmlər nə yaradıcı, nə də maddi baxımından səni qane etmir. Hərdən elə olub ki, öz- özümə fikirləşmişəm təklif gələndə qəbul edim və eşitmişəm də gedib oradakı abu-havanı, qeyri-peşəkarlığı, hörmətsizliyi, rejissorun özündən müştəbehliyini görəndə özümü dünyanın ən bədbəxt adamı hiss edib evə qayıdanda göz yaşlarımı saxlaya bilməmişəm. Amma neynəyim ki, mən bu sənətə illərimi həsr etmişəm və sevmişəm”.

Pərvin


Müəllif: