16 Oktyabr 2014 12:00
3 575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Ramiz Novruz rejissor kimi ilk tamaşasını təqdim edəcək.

Onun Eduard de Filipponun “Silindr” əsəri əsasında hazırladığı eyniadlı tamaşa oktyabr ayının 18-də Akademik Milli Dram Teatrının səhnəsində göstəriləcək. İlk rejissorluq işi ilə bağlı təəssüratlarını “Gündəlik Teleqraf”la bölüşən xalq artisti bildirib ki, səhnə əsərində tanınmış aktyor heyəti iştirak edir:

“Bir aktyorun tamaşa hazırlaması çox normaldır. Ölkəmizdə də, dünyada da belə təcrübələr yetərincədir. Rejissorluq böyük və çətin peşədir. İllər öncə də bu sahədə özümü sınamaq istəmişəm. Sadəcə, buna cəsarətim çatmayıb. ”Silindr" mənim rejissor kimi ilk təcrübəmdir, əlbəttə, həyəcanlıyam. Amma bu, o demək deyil ki, aktyorluqdan uzaqlaşıram. Mədəniyyət və Turizm Nazirliyi, Akademik Milli Dram Teatrının rəhbərliyi mənə böyük etimad göstərdi, onlara çox təşəkkür edirəm. Eyni zamanda, bu işi öhdəmə götürəndə aktyor dostlarımdan da çox böyük dəstək gördüm. Bu da məni sevindirdi, cəsarətləndirdi".

Qeyd edək ki, tamaşada rolları Münəvvər Əliyeva, Şəhla Əliqızı, Ləman İmanova, Anar Heybətov, Hikmət Rəhimov, Kazım Abdullayev, Ramin Şixəliyev və başqaları canlandırır.

Nərmin


Müəllif:

Oxşar xəbərlər