17 Oktyabr 2014 04:21
1 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm adamları Marsa 2022-23-cü illərdə ayaq basacaq insanların qırmızı planetdə yalnız 68 gün qala biləcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb kimi planetdə yetişdirilən bitkilərin verdiyi oksigenin 68 gün sonra partlama ehtimalının olması göstərilib.

Marsda ilk insan koloniyasının yaradılması üzərində işləyən ABŞ-ın Massaçusets Universitetinin tələbələri bu barədə məlumat verərək qırmızı planetdə bitki yetişdirilməsinin mümkünlüyü qənaətinə gəliblər. Lakin araşdırmalardan sonra məlum olub ki, planetə ayaq basan ilk insanlar bitki yetişdirərək oksigen ehtiyaclarını aradan qaldırmağa, həm də qida əldə etməyə nail olsalar da, bu 68 gün davam edəcək.

Tələbələrin sözlərinə görə, kifayət qədər bitki yetişdirilərsə, koloniyalarda həddindən artıq oksigen yığılması baş verəcək və bu da oksigenin partlamasına gətirib çıxaracaq. Partlamanın qarşısını almaq üçün oksigen tarazlığı saxlanıldığı halda isə insanların acından öləcəyi ehtimal edilir.


Müəllif:

Oxşar xəbərlər