21 Oktyabr 2014 22:27
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin aprelində vəfat edən Nobel laureatlı yazıçı Qabriel Qarsiya Markesin vaxtilə qapalı və gizli bir missiyanın daşıyıcısı olduğu bəlli olub.

Belə ki, Kolumbiyalı yazıçı Markes 1994-cü ildə xüsusi təyyarə ilə ABŞ-a gələrək Klintonla görüşüb. Həyatı boyu sosializm ideologiyasına sadiq qalan Markes 1994-1998 illərdə ABŞ prezidenti Bill Klinton ilə yaxın dostu Kuba prezidenti Fidel Kastro arasında vasitəçilik edib.

Teleqraf.com-un məlumatına görə, Markesin 90-cı illərdə Kuba və ABŞ arasında soyuqluğu aradan qaldırmaq üçün vasitəçilik edib. Amerikalı jurnalistlər Vilyam Qrande ilə Peter Kornbluhun “Kuba kanalına dönüş” adlı kitabında Markesin bu istiqamətdə fəaliyyətinə geniş yer verilib.

Xatırladaq ki, 1994-cü ildə 72 kubalının boğularıq ölməsi və ABŞ-ın bunu gördüyü halda kömək etməməsi iki ölkə arasında gərginliyə səbəb olub. Fidel Kastro isə buna qarşılıq olaraq, ABŞ ilə sərhədləri açıb və nəticədə minlərlə kubalı Amerikaya axın edib. Klinton bundan sonra kubalı qaçqınların həbs edilməsi qərarını verib. Nəticədə 32 mindən çox kubalı tutularaq Quantanamo həbsxanasına göndərilib.

Markesin gördüyü bu işlər uzun müddət ictimaiyyətdən gizlədilib.


Müəllif:

Oxşar xəbərlər