7 Aprel 2021 11:22
2 438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov koronavirusa yoluxub.

Əbdül Mahmudbəyov Teleqraf.com-a açıqlamasında virusu yüngül keçirdiyini deyib.

"Ev şəraitində müalicə alıram. Virusu yüngül keçirirəm, artıq səkkizinci gündür. Temperaturum düşüb, amma qoxu və dadbilmə getməyib. Çox təhlükəli virusdur, ürək, ciyər və bronxlara təsir edir. Heydər Əliyev Fondu və millət vəkili Qənirə Paşayeva dəstək oldu. Təşəkkür edirəm. Həyat yoldaşım və nəvəm də virusa yoluxmuşdu".


Müəllif: Rəqsanə Həsənova