8 İyun 2021 18:31
4 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusa yoluxaraq reanimasiyaya yerləşdirilən xalq artisti Ramiz Əzizbəylinin səhhəti pisləşib.

Teleqraf.com xəbər verir ki, xalq artistinin qardaşı oğlu, müğənni Nurlan Əzizbəyli bu haqda sosial şəbəkədə yazıb: "Əmi, bizi sənsiz buraxma. Dostlar, dualarınızı əsirgəməyin".

Ramiz Əzizbəylinin qızı Xədicə Əzizbəyli isə saytımıza açıqlamasında "Atamın vəziyyəti ağır olaraq qalır. Heç bir irəliləyiş yoxdur", - deyib.

Qeyd edək ki, Ramiz Əzizbəyli Zığ qəsəbəsində yerləşən modul tipli hospitala yerləşdirilib.



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər