29 İyul 2021 12:38
3 501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Arif Babayev Türkiyədən vətənə dönüb.

Xalq artistinin oğlu Yaşar Babayev Teleqraf.com-a açıqlamasında atasının səhhətinin yaxşı olduğunu deyib: "Dünən gecə atam Bakıya gəlib. Bir aydan artıq Türkiyədə müalicə aldı. Səhhəti yaxşıdır, yalnız hərəkət etməkdə problem var. Türkiyəyə aparılanda təzyiqi çox aşağı idi, hazırda normaldır".

Qeyd edək ki, Arif Babayev ötən ilin sentyabrında insult keçirib. Türkiyədə əməliyyat olub. Onun 83 yaşı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər