Prezident İlham Əliyevin göstərişi ilə xalq artistləri, tarzən Malik Mansurov və kamança ifaçısı Elşən Mansurov üçotaqlı mənzillə təmin ediliblər.
Elşən Mansurov Teleqraf.com-a təəssüratlarını bölüşüb: "Çox sevinirəm. Allah hamıya qismət eləsin. Layiqli və zəhməti olan hər kəs mənzilə sahib olsun. Allah Prezidentə can sağlığ versin, hər zaman güclü-qüdrətli olsun. Dövlətimiz və iqtisadiyyatımız güclənsin. İnşallah, təzə evə sevinə-sevinə köçəcəyik".
Qeyd edək ki, Malik Mansurov və Elşən Mansurov qardaşdırlar.