Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası nəzdində Ekspert Şurası yaradılıb.
Bu barədə Teleqraf.com-a kinostudiyanın mətbuat xidmətinin rəhbəri Ramil Ələkbərov məlumat verib.
Məqsəd dövlət dəstəyi ilə bədii, sənədli və animasiya filmlərinin, digər audiovizual əsərlərin istehsalı, ssenari portfelinin formalaşdırılması üçün müsabiqələrin təşkilini həyata keçirməkdir.
Ramil Ələkbərov bildirib ki, beş nəfərdən ibarət Şuraya sədrlik Əməkdar incəsənət xadimi Ayaz Salayevə tapşırılıb.
Şuranın üzvləri Xalq artisti Mehriban Zəki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, Əməkdar incəsənət xadimi Əli Əmirli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, sənətşünas Nadir Bədəlov, ssenarist İsmayıl İmandır.
Ekspert Şurasının məsul katibi Leyla Vəzirzadədir.
Şura üzvlərinin səlahiyyət müddəti cari ilin sonuna qədərdir.