20 Avqust 2022 19:39
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış aktyoru Civan Canova dünyasını dəyişib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir. Xəbəri ilk olaraq aktrisa Esra Dərmancıoğlu İnstaqram hesabında paylaşıb.

Qeyd edək ki, Ahmet Civan Canova 28 iyun 1955-ci ildə Ankarada dünyaya göz açıb. Teatr, kino və serial aktyoru olan Canova həmçinin özünü dramaturq, ssenarist və teatr rejissoru kimi də sınayıb.

1979-cu ildən Dövlət Teatrının aktyoru kimi bir çox tamaşalarda rol alıb. 1990-cı illərdən bəri yazdığı teatr tamaşalarına görə mükafatlar alıb. Bir çox serial və filmlərdə rol alan sənətçi 2006-cı ildə “Evə Qayıdış” filmində işgəncəyə məruz qalan polis roluna görə "Ən yaxşı köməkçi aktyor” nominasiyasında "Qızıl Portağal" mükafatını, 2011-ci ildə isə "Ölüləri basdırmaq" filmindəki roluna görə “Afife Theatre Awards” ilin ən uğurlu aktyoru mükafatını qazanıb.

Aktyor Azərbaycan tamaşaçılarına "Fatmagülün suçu ne?", "Paramparça", "Üç kuruş", "Arka sokaklar" seriallarından tanışdır.


Müəllif: Pərvin Cəfərova