Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, aktyor, rejissor Şahmar Ələkbərovun doğum günü münasibətilə fotosərgi təşkil olunub.
Fondan Teleqraf.com-a verilən məlumata görə, fotosərgidə görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən nadir fotolar nümayiş olunur.
Nümayiş olunan fotoşəkillər Şahmar Ələkbərovun şəxsi arxiv fonduna daxildir. Fondda həmçinin sənətkarın arxiv sənədləri, şəxsi iş vərəqəsi, qəzet-jurnal arxivi də yer alır.
Qeyd edək ki, Xalq artisti Şahmar Ələkbərovun avqustun 23-də dünyaya göz açıb. O, “Dağlarda döyüş”, “Mən ki gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Qızıl qaz”, “Həyat bizi sınayır”, “Bizim küçənin oğlanları”, “Qatır Məmməd”, “Firəngiz”, “Arxadan vurulan zərbə”, “Babək”, “Əlavə iz”, “Nizami”, “Ötən ilin son gecəsi” kimi Azərbaycan filmlərində yaddaqalan obrazlar canlandırıb, “İmtahan” (G.Əzimzadə ilə birgə), “Sahilsiz gecə” və “Qəzəlxan” filmlərinin quruluşçu rejissoru olub.