Xalq artisti, “Ata ocağı” serialının aktyoru Qurban İsmayılov xəstəxanadan evə buraxılıb.
Teleqraf.com-un xəbərinə görə, bu barədə “Ata ocağı” serialının rejissoru Rüfət Şahbazov məlumat verib.
“Dəyərli sənətkar, Qurban əmini bu gün evə buraxdılar! Bütün kömək olanlardan Allah razı olsun”- rejissor qeyd edib.
Qeyd edək ki, Xalq artisti bir müddət əvvəl açıq ürək əməliyyatı olunub.