9 Sentyabr 2022 18:31
1 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc aktrisa Dəniz Tacəddin Venesiya Film Festivalından foto paylaşıb.

Teleqraf.com xəbər verir ki, aktrisanın iştirak etdiyi “Banu” filminin dünya premyerası məhz festivalda baş tutub.

Aktrisa yazıb:

“Mən, bir neçə azərbaycanlı aktyor, aktrisa və rejissordan ibarət heyət ilə İtaliyanın Venesiya şəhərində, hər il keçirilən Venesiya Film Festivalındayıq. “Banu” filminin quruluşçu rejissoru, ssenari müəllifi və baş rol ifaçısı – Təhminə Rafaelladır.

O, keçən il, öz ssenarisi ilə “Biennale College Cinema”nın müsabiqəsinə qatılaraq qalib oldu. Və bu film tam olaraq Venesiya Film Festivalı tərəfindən maliyyələşdirildi.

Filmdə yer alan həmkarlarım: Zaur Şəfiyev, Cəfər Həsən, Mələk Abbaszadə, Zemfira Əbdülsəmədova, Kəbirə Həşimli, Kəmalə İsrafilova, Həcər Ağayeva, Emin Əsgərov (Banunun oğlu), Melissa Noeri (Mənim qızım).

Mən filmdə Banunun rəfiqəsini oynamışam.

Bu ilin aprel ayında filmin çəkilişlərinə başladıq. Filmin premyerası isə 2022-ci ilin sentyabr ayında “La Biennale”də nümayiş olundu.

Nəzərinizə çatdırım ki, Təhminə ilk azərbaycanlı rejissordur, filmi Venesiya Festivalı tərəfindən maliyyələşdirilib.

Bu layihənin bir hissəsi olduğum üçün çox şadam, əsas da sevinirəm ki, dünyanın ən qədim festivalı olan, A kateqoriyalı Venesiya Film Festivalında məhz Azərbaycan aktyorları ilə birgə iştirak edirəm”.


Müəllif: Nərmin

Oxşar xəbərlər