79-cu Venesiya Film Festivalının qalibləri bəlli olub.
Teleqraf.com xəbər verir ki, bu gün yekunlaşan festivalda qalibləri amerikalı aktrisa Culian Murun rəhbərlik etdiyi beynəlxalq münsiflər heyəti elan edib.
Avstraliyalı aktrisa Keyt Blanşett “Ən yaxşı aktrisa” və irlandiyalı aktyor Kolin Farrell isə “Ən yaxşı aktyor” nominasiyaları üzrə Volpi Kuboklarına layiq görülüblər.
Venesiya kinofestivalının əsas mükafatı olan “Qızıl şir”in qalibi amerikalı rejissor Laura Poytrasın “Bütün gözəllik və qan tökülməsi” filmi olub.
İtaliyalı Luka Quadaqnino "Bütünlüklə" filminə görə "Gümüş şiri"ə layiq görülüb.
Münsiflər heyətinin Qran Prisinə Fransadan olan rejissor Elis Diopun çəkdiyi “Müqəddəs Ömər” filmi layiq görülüb.
Festivalın ən çox gözlənilən filmlərindən biri də baş rolda aktrisa Ana de Armasın çəkildiyi “Sarışın” filmi olub. Treyler yayımlandıqdan sonra bir çoxları aktrisanı Monronun cırıltılı vokalını çatdıra bilmədiyi üçün tənqid edib.
Sənətçinin özü əmin edir ki, 10 aydır ki, ləhcəsi üzərində işləyir. Film 14 dəqiqəlik sürəkli alqışlarla qarşılanıb.
Filmin premyerası 28 sentyabr 2022-ci ildə “Netflix”də olacaq.