2 Oktyabr 2022 01:51
18 998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı rejissor, aktrisa, ssenarist Təhminə Rafaellanın toyudur.

Teleqraf.com xəbər verir ki, bu barədə tanınmış aktrisa Mələk Abbaszadə məlumat verib.

O toydan foto paylaşaraq səbəbkarı təbrik edib:

"Bu gün Venesiya Film Festivalında baş tutan "Banu" filminin premyerasından düz bir ay keçir və bu gün "Banu" filminin ssenaristi, rejissoru və baş ifaçısı Təhminə Rafaelanın toy günüdür. Filmdə baş qəhrəmanın anası rolunu oynadım və bu gün bütün analıq qəlbimlə Təhminə xanıma sadə qadın xoşbəxtliyi və yeni ailə həyatında sonsuz anlayış, dəstək və incəlik arzulayıram.

Sonsuz xoşbəxt ol, əzizim!"

Qeyd edək ki, Təhminə Rafaella Bakının keçmiş meri Rafael Allahverdiyevin nəvəsidir.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər