Tbilisidə Azərbaycan Mədəniyyət Mərkəzinin açılması istiqamətində danışıqlar gedir. Rəsmi Tbilisi artıq bununla bağlı öz razılığını bildirib. Bəzi məsələlər razılaşdırıldıqdan sonra mərkəz fəaliyyətə başlaya bilər.
Bu sözləri Gürcüstan Mədəniyyət nazirinin müşaviri Gergi Gegeçkori deyib.
Bildirilib ki, Gürcüstan tərəfi də Bakıda belə bir mərkəz açmaq niyyətindədir və bununla əlaqədar dost ölkənin müvafiq dövlət strukturuna məlumat göndərilib. Hazırda bu məsələlər üzərində iş gedir.
Müşavir deyib: “Hesab edirik ki, belə mərkəzlərin açılması nəticəsində dost və qardaş ölkələr olan Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələr daha da genişlənəcək və inkişaf edəcəkdir”.