Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni üzvlər seçilib.
İttifaqdan Teleqraf.com-a verilən məlumata görə, AKİ-nin İdarə Heyətinin qərarı ilə üzvlüyə namizədlərin müraciətlərinə baxılıb və səsvermə keçirilib.
Səsvermə nəticəsində yeni üzvlərin siyahısı belədir: Valeh Kərimov (Xalq artisti, aktyor), Adil Abbasov (Əməkdar incəsənət xadimi, kinooperator), Tağı Babayev (Əməkdar mədəniyyət işçisi, kino mühəndis), Əliağa Məmmədov (Əməkdar mədəniyyət işçisi, kinoprodüser), Elnur Kərimov (Əməkdar artist), Firəngiz Quliyeva (animator-rəssam, rejissor), Fərhad Hüseynov (aktyor), Sahib Heybətov (kinoprodüser), Ərturan Nəcəfi (kinorejissor), Mikayıl Nəsirov (kinorejissor), Qulu Əsgərov (kinorejissor), Ələddin Vəliyev (kinoprodüser), Vasif Vəlizadə (kinooperator), Elnur Paşa (Rzayev- kinorejissor), İradə Gülbabayeva (qrim rəssamı), Şirzad Pirallahi (aktyor), Lətif Lətifsoy (kinorejissor).
Qeyd edək ki, 11 yanvar 1963-cü ildə yaradılmış Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKI) uzun illər Rüstəm İbrahimbəyov rəhbərlik edib. Hazırda Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri Rasim Balayevdir.
AKI-yə alternativ olaraq 2012-c ildə təsis edilmiş Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının rəhbəri isə aktrisa Şəfiqə Məmmədovadır.