Allahverdi İsrafilovun təqdimatında Bakı Dövlət Sirkində nümayişi baş tutmuş beynəlxalq “DZİVA” sirk şousu Gəncəyə yola düşür.
Bu barədə Bakı Dövlət Sirkindən Teleqraf.com-a məlumat verilib.
May ayının 4-dən 9-a kimi Gəncə İdman Olimpiya Kompleksində “DZİVA” şousu təqdim ediləcək. Proqramda Monte-Karlo festivalı iştirakçıları və digər dünya festivalların səhnəsini fəth etmiş müxtəlif ölkələrin peşəkar sirk artistləri çıxış edəcəklər.
Proqramın süjet xəttinin əsasını təşkil edən təlimçi Rostislav Qavrılivun şir və pələnglərin unikal çıxışları bənzərsiz edəcək.