5 İyun 2023 14:10
2 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Keyt Uinslet etiraf edib ki, “Titanik” filminin nümayişindən sonra medianın tənqidi onu həmişəlik sərtləşdirib.

Teleqraf.com “Mirror” nəşrinə istinadən xəbər verir ki, aktrisa filmdən sonra çoxlarının onu Hollivud gözəllik standartlarına uyğun gəlmədiyi üçün danladığını deyib:

“Yaxşı xatırlayıram ki, “Titanik”də rol aldığım zaman mediada bədənimə böhtan atılması məni dəhşətə gətirmişdi”.

O, etiraf edib ki, bu münasibət onu ən çətin üsullarla formada qalmağa məcbur edib.

Vaxtilə mədəniyyət nəzəriyyəçisi və yazıçı Umberto Eko “Titanik”in uğurunun daha çox Keyt Uinsletin görünüşü ilə bağlı olduğunu irəli sürmüşdü.

“Keyt iki damcı su kimi “Titanik”ə baxmaq üçün gələn amerikalı qızlara bənzəyir. Həmin qızlar – hamburgerlə qidalanan qızlar - Şeron Stouna deyil, Keytə bənzəyirlər"- deyə Eko bildirmişdi.

Uinsletin fikrincə, hazırda mediada “xarici görünüşünə görə insanları utandırmaq” halları daha azdır, lakin o, hələ də insanların sosial mediada məşhurlar haqqında söylədiyi iyrənc cəfəngiyatlardan məyusdur.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər