29 Mart 16:13
2 573
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Üzümə, qaşlarıma estetik müdaxilə olsa heç vaxt xarici layihələrdə yer ala bilmərəm”.

Bunu Teleqraf.com-a açıqlamasında aktrisa Zülfiyyə Qurbanova deyib.

Onun sözlərinə görə, xaricilər təbiiliyə çox fikir verirlər.

“Onlar üzümüzü yuduzdurub çəkilişə start verirlər. “Mövsümün sonu” filmində qrimsiz çəkilmişəm. Təsəvvür edin, qrimsiz, tonsuz, hətta üzüm səpmişdi, o səpkilər belə kamerada görünürdü. Rejissor Elmar İmanov (Almaniyada yaşayan və orda filmlər çəkən, filmləri xarici festivallarda uğur qazanan azərbaycanlı rejissor - red.) qrim etməyə icazə vermədi, dedi üzünü yu, sonra çəkil. Həm bu baxımdan, həm də ümumiyyətlə hazırda üzümdə hər hansı estetik müdaxiləyə ehtiyac duymuram. Amma dərimin təmizliyinə, formada qalmasına həmişə fikir verirəm. Kosmetoloqum var, o dərimə nəyin daha yaxşı təsir edəcəyini yaxşı bilir və onun məsləhət gördüyü prosedurları edirik”.

Aktrisa estetik əməliyyatlara normal yanaşdığını da bildirib:

“İllər nə göstərəcək deyə bilmərəm, ola bilər, nə vaxtsa mən də estetik əməliyyat etdirim. Çünki təbii olaraq mən də istəyirəm ki, üzümdə hər şeyi ən ideal formada görüm. Amma indi özümü bu cür sevirəm. Bilirəm ki, mən işim üçün bu cür yararlıyam.

O qədər olub ki, ekranda gördüyümüz dünya gözəli aktrisaya iki dəqiqə sonra baxa bilməmişik. Aktyor üçün önəmli şey tamaşaçını ekrana kilidləyib saxlamaq, göz və bütün üz cizgilərinlə özünü idarə etməkdir. Mən özümü gözəl görürəm. Kim məni çirkin görürsə bu onun problemidir. Kamerada gözəl görünmək həm də işığın qurulmasından asılıdır. İşıq gözəl və düzgün qurulanda aktyor olduğu kimi gözəl düşür. Məni ekrandakı görüntüm qane edir, etməyəndə isə özümə deyirəm: Boş ver, hər yerdə gözəl düşə bilməzsən ki...”


Müəllif: Nərmin Muradova