15 İyul 17:30
8 698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax rayonunun İlisu kəndinin Bucaq məhəlləsində inşa olunan Sumuq qala XVIII əsrə aiddir. Müdafiə məqsədilə tikilən qala həm də yaşayış üçün istifadə olunub. İri ölçülü pəncərələri də bunu təsdiq edir.

Teleqraf.com xəbər verir ki, qalanın inşasında çay daşından, əhəng məhlulundan və bişmiş kərpicdən istifadə olunub. Qalanın adıyla bağlı bir sıra fərziyələr var. Rəvayətə görə, qala Sumu xan adlı bir İlisu hakimi tərəfindən inşa etdirilib. Lakin tarixi mənbələrdə Sumu xan yox, sadəcə Usmi (dağlı hakimlərə verilən titul, məsələn, Qaytaq usmisi) titulu ilə bir müddət sultanlığı idarə etmiş Məhəmməd xanın adına rast gəlinir.

Digər fərziyələrə görə, qala sümük kimi möhkəm olduğuna görə Sumuq qala adlanır.

Sumuq qala bütün keçmiş SSRİ məkanında şöhrət tapmış "Qorxma, mən səninləyəm" filmi ilə məşhurdur. Qeyd edək ki, filmin bəzi epizodları burada lentə alınıb.

Yuli Qusmannın çəkdiyi bu musiqili məcara filmində Polad Bülbüloğlu və Lev Durov kimi məşhur ulduzları oynayıblar.

Hazırda Sumuq Qala dövlət tərəfindən bərpa olunub və qorunur.

Qaladan çəkilmiş fotoları təqdim edirik.


Müəllif: Foto: Elnur Muxtar
Qax

Oxşar xəbərlər